Yunanıstan xarici işlər naziri Nikos Dendias Misir xarici işlər naziri Şameh Şukri ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin mətbuat katibi "Twitter"də paylaşım edib.
O bildirib ki, təkbətək görüşdə XİN rəhbərləri Misir və Yunanıstan arasında tarixi əlaqələrin və ümumi maraq doğuran məsələlərdə sıx koordinasiyanın saxlanmasının vacibliyini bir daha təsdiqləyiblər.