Bank Of Baku

Zelenski AŞPA-da çıxış etməyəcək

Zelenski AŞPA-da çıxış etməyəcək
# 14 mart 2022 17:16 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenskinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı təxirə düşüb, onun əvəzinə Baş nazir Denis Şmıqal videoformatda çıxış edəcək.

APA xəbər verir ki, bu barədə AŞPA-nın "Twitter" hesabında məlumat verilib.

“Bu gün günorta Avropa Şurası Parlament Assambleyasında çıxışı gözlənilən Ukrayna prezidenti Zelenski çox təcili, gözlənilməz hallar səbəbindən çıxış edə bilməyəcək”, - bildirilib.

Baş nazirin çıxışının Bakı vaxtı ilə 19:00-da olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR