Zelenski: Avropa Rusiyaya qarşı müharibədə yol ayrıcındadır

Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Milli Assambleyasında çıxış edir

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Milli Assambleyasında çıxış edir

# 07 iyun 2024 12:56 (UTC +04:00)

"Rusiyanın Ukraynaya müdaxiləsinə görə Avropa artıq sülh qitəsi deyil".

APA BFMTV-yə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Milli Assambleyasında çıxışında deyib.

"Putin bu döyüşdə qalib gələ bilərmi? Xeyr, çünki uduzmağa haqqımız yoxdur. Bu döyüşdə qalib gələ bilərikmi? Bəli, mən buna əminəm", - deyə Zelenski vurğulayıb.

Prezident Zelenski Avropanın Rusiyaya qarşı müharibədə yol ayrıcında olduğunu bildirib. "Biz indi tarix yaza biləcəyimiz andayıq. Lakin eyni zamanda biz tarixin qurbanı ola bilərik", - deyə xəbərdarlıq edib.

"Vladimir Putinin müdafiə etdiyi şey qardaşlığın və azadlığın əksidir və bununla da Avropanın əksidir", - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR