Bank Of Baku

Zelenski Buçaya gedib - VİDEO

Zelenski Buçaya gedib - VİDEO
# 04 aprel 2022 16:20 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski mülki əhalinin qətliamına dair sübutların tapıldığı Buçaya gedib.

APA BBC-yə istinadən xəbər verir ki, Ukrayna lideri məhv edilmiş Rusiya texnikasının olduğu yola baxış keçirib, yerli sakinlərlə söhbət edib.

O deyib ki, Rusiya Ukraynada hərbi cinayətlər törədir.

BBC müxbirinin "hələ də Rusiya ilə sülh danışıqlarının mümkünlüyünü düşünürsünüzmü" sualına Zelenski belə cavab verib: "Bəli, çünki Ukrayna sülh tapmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik".

Qeyd edək kI, Rusiya öz hərbi qüvvələrinin Buçadakı qırğınlarda iştirakını inkar edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR