Zelenski cəbhə xəttinə gedib

Zelenski cəbhə xəttinə gedib
# 19 fevral 2024 16:35 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə gedib.

APA xəbər verir ki, Ukrayna lideri bu barədə “Telegram”da yazıb.

Zelenski “Knyaz Roman Velikiy” adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın hərbçilərini ziyarət etmək üçün səfər edib.

“Xarkov vilayəti. Kupyanskı müdafiə edən “Knyaz Roman Velikiy” adına 14-cü əlahiddə mexanikləşdirilmiş briqadanın komanda məntəqəsi. Briqada komandiri ilə mühüm məsələləri müzakirə etdik, əsgərlərlə söhbət apardıq, onlara mükafatlar təqdim etdik.

Müdafiəçilərimizlə birlikdə olmaq həmişə şərəfdir”, - deyə Zelenski qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR