Bank Of Baku

Zelenski: “Ən etibarlı sazişi imzalasaq da, Rusiya yenidən qayıda bilər”

Zelenski: “Ən etibarlı sazişi imzalasaq da, Rusiya yenidən qayıda bilər”
# 05 aprel 2022 12:09 (UTC +04:00)

Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var, lakin ən etibarlı sazişi imzalasaq da, Rusiya 2 ildən sonra qayıda bilər.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski yerli telekanallara verdiyi müsahibədə deyib.

"Ordu dövlətimizi müdafiə etməyə qadir olmalıdır. Bizim mövqeyimiz var və bu mövqe Baş komandanla ortaqdır. Biz nə etdiyimizi yaxşı başa düşürük. Başa düşürük ki, ən etibarlı müqaviləni imzalasaq belə, Rusiya iki ilə qayıda bilər. Əgər biz bunu qəbul etsək, ona uyğun hərəkət edirik. Mən bilirəm ki, David (red. - Araxamiya) danışıqlar zamanı bizim narahatlıqlarımızı Rusiya tərəfinə çatdırıb. Ona görə də dövlətimizin müdafiə qabiliyyəti ilə bağlı müəyyən şeylərdən danışanda dərhal deyirik ki, biz özünü müdafiə edə bilən dövlət quracağıq... Bizə təhlükəsizlik təminatı lazımdır. Bir çox təfərrüat var ki, haqqında danışmaq istəmirəm, çünki onlar uzaqdadır”, - Zelenski bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR