Bank Of Baku

Zelenski İsveçin Baş Naziri ilə Ukrayna aviasiyasının inkişafını müzakirə edib

İsveçin Baş naziri Ulf Kristersson və Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | İsveçin Baş naziri Ulf Kristersson və Ukrayna Prezidenti Volodimir Zelenski

# 11 avqust 2025 08:53 (UTC +04:00)

Prezident Volodimir Zelenski İsveçin Baş naziri Ulf Kristerssonla telefon danışığı aparıb.

APA xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, telefon danışığı zamanı döyüş meydanındakı vəziyyət və diplomatik məsələlər müzakirə olunub.

“İsveç və digər Şimali Avropa ölkələri müharibənin tez, ədalətli və etibarlı şəkildə sona çatdırılmasını dəstəkləyir. Rusiya müharibəni başlamış tərəf kimi onu dayandırmaq üçün addımlar atmalıdır. Biz İsveç və digər tərəfdaşlarla mövqelərimizi möhkəmləndirmək üçün koordinasiyamızı davam etdirəcəyik”, – Zelenski bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR