Bank Of Baku

Zelenski: Kasetli bombalar Ukraynadakı hərbi hədəflərə qarşı istifadə ediləcək

Zelenski: Kasetli bombalar Ukraynadakı hərbi hədəflərə qarşı istifadə ediləcək
# 12 iyul 2023 14:50 (UTC +04:00)

"Biz ABŞ-la kasetli bombalara dair müəyyən detallarda razılaşa bilmirdik. Konqresdə bu qərara qarşı çıxanlar vardı. ABŞ-da bəziləri bu silahların verilməsi perspektivini dəstəkləmirdi, amma biz bu çətinliklərin öhdəsindən gəldik. Buna görə ABŞ hökumətinə təşəkkür edirəm".

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Vilnüs sammiti çərçivəsində NATO Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya davamlı şəkildə bu silahı Ukraynaya qarşı istifadə edir: “Biz bəyan etmişik ki, bu silah-sursat Ukraynanın işğal olunmuş torpaqlarında hərbi hədəflərə qarşı istifadə ediləcək. Biz bu silahı başqa ölkə ərazisində istifadə etməyəcəyik. İşğalçılar bizim vətəndaşlarımızı öldürür, ərazilərimizi işğal edir. Bu, ədalətli deyil, biz özümüzü müdafiə edirik”.

Ukrayna Prezidenti uzaqmənzilli silahlara ehtiyaclarının olduğunu etiraf edib və əlavə edib ki, tərəfdaşlarla görüşlərdə bu məsələni qaldırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR