Bank Of Baku

Zelenski: Müharibə davam etdiyi müddətdə Ukrayna NATO-nun üzvü olmayacaq

Zelenski: Müharibə davam etdiyi müddətdə Ukrayna NATO-nun üzvü olmayacaq
# 12 iyul 2023 14:18 (UTC +04:00)

“Bu gün tərəfdaşlarımızdan Ukrayna üçün yeni hərbi yardım paketlərinin göndərilməsi ilə bağlı müsbət xəbərlər var. Mən tərəfdaşlarımıza təşəkkür edirəm”.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Vilnüs sammiti çərçivəsində NATO Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında bildirib.

“Müharibənin davam etməsinə baxmayaraq, biz orduda, ölkədə islahatları davam etdiririk. NATO-nun bizim nailiyyətlərimizi tanıması və MAP-ın aradan qaldırmasına görə təşəkkür edirəm”, - o qeyd edib.

Zelenski təhlükəsizlik zəmanəti barədə də danışıb: “Təhlükəsizlik zəmanəti bizim üçün çox vacibdir. Bu zəmanət G7 ölkələri tərəfindən verilə bilər. Biz bu istiqamətdə işləyəcəyik. Ümumilikdə sammitin nəticələri yaxşıdır, amma biz dəvət alacağımız gün bu ən yaxşı nəticə olacaq”.

Zelenski vurğulayıb ki, Ukrayna savaşır: “Eyni zamanda, biz anlayırıq ki, torpaqlarımızda müharibə davam etdiyi müddətdə Ukrayna NATO-nun üzvü olmayacaq. Lakin verilən siqnallar bizim üçün önəmlidir. Çünki ikitərəfli görüşlərdə tərəfdaşlarımızın verdiyi bəyanatlarda əminlik var”.

Zelenski NATO üzvlüyünə dəvət məsələsini texniki siqnal kimi qiymətləndirib: “Ancaq namizədlik hərəkətlilik, canlanma gətirir və Rusiya üçün güclü siqnal göndərir”.

Ukrayna Prezidenti əlavə edib ki, əgər bu gün G7 ölkələri təhlükəsizlik zəmanəti ilə bağlı deklarasiya barədə razılığa gəlsələr, bu xüsusi hal olacaq.

Zelenski deyib ki deklarasiyanın verəcəyi təhlükəsizlik zəmanəti Ukraynanın NATO-ya inteqrasiyası prosesində qüvvədə olacaq: “G7 ölkələrinin qəbul edəcəyi bu sənəd ilk hüquq sənəd ola bilər ki, bir növ Ukrayna üçün təhlükəsizlik çətiri yaratmış olsun”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR