Bank Of Baku

Zelenski NATO müttəfiqləri ilə Ukrayna üçün təhlükəsizlik zəmanətini müzakirə edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | Ukrayna Prezidenti Vladimir Zelenski

# 12 iyul 2023 12:06 (UTC +04:00)

“Mən NATO tərəfdaşları ilə Alyansa gedən yolda Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etmək istəyirəm”.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Vilnüsdə keçirilən NATO sammitinin ikinci günüdə jurnalistlərə açıqlamasında deyib.

Ukrayna lideri bildirib ki, bugünkü görüşlərdə onun gündəliyində üç əsas məsələ var: "Birincisi, ordumuzu dəstəkləmək üçün yeni hərbi yardım paketləridir. İkincisi NATO-ya dəvət məsələsidir. Bəyanatlardan başa düşürük ki, təhlükəsizlik şərtləri imkan verən kimi biz bu dəvəti alacağıq. Və digər məsələ, NATO-ya gedən yolda Ukrayna üçün təhlükəsizlik təminatlarının verilməsidir. Mən bütün bu məsələləri tərəfdaşlarımızla müzakirə etmək istəyirəm", - Prezident Zelenski vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR