Bank Of Baku

Zelenski ofisinin rəhbəri və Trampın müşaviri arasında telefon danışığı baş tutub

Zelenski ofisinin rəhbəri və Trampın müşaviri arasında telefon danışığı baş tutub
# 04 fevral 2025 23:15 (UTC +04:00)

Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak və ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uots arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, Yermak bu barədə öz “Telegram” kanalında məlumat verib.

“Döyüş meydanındakı vəziyyəti, səfərbərliyi və Ukrayna üçün əsas məsələləri müzakirə etdik. Tərəfdaşlarımızın, ilk növbədə ABŞ-nin dəstəyi çox mühüm olaraq qalır”, - Ukrayna rəsmisi bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı Zelenski ilə Tramp arasında şəxsi təmaslara hazırlıq məsələsinə də toxunulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR