Bank Of Baku

Zelenski Putini danışıqlar masasına çağırıb

Zelenski Putini danışıqlar masasına çağırıb
# 25 fevral 2022 15:27 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə xalqa müraciət edib.

APA Unian.net saytına istinadən xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb.

"Bir daha Rusiya Federasiyasının Prezidentinə müraciət etmək istəyirəm. Bütün Ukrayna ərazisində müharibə gedir. Gəlin danışıqlar masası arxasında əyləşək. İnsanların ölümünün qarşısını almaq üçün".

O həmçinin, Rusiyanın Ukraynaya hücumunu bütün Avropaya hücum adlandırıb.

“Rusiyanın Ukraynaya müdaxiləsi Avropanın birliyinə, insan haqlarına, Avropada mövcud olan bütün qaydalara hücumdur”, - Zelenski qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR