Zelenski Rusiyanın İstanbul danışıqlarındakı nümayəndə heyətinin tərkibinə münasibət bildirib

Zelenski Rusiyanın İstanbul danışıqlarındakı nümayəndə heyətinin tərkibinə münasibət bildirib
# 15 may 2025 13:48 (UTC +04:00)

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı İstanbul danışıqlarında təmsil edəcək prezident köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətini "saxta" adlandırıb.

APA xəbər verir ki, bu açıqlamanı o, Ankaraya səfərindən dərhal sonra verib.

Ukrayna lideri ölkəsinin nümayəndə heyətinin tərkibini də açıqlayıb:

“Bizim nümayəndə heyətimiz ən yüksək səviyyədə təmsil olunur. Söhbət Xarici İşlər Nazirliyi və Prezident Ofisinin nümayəndələri, hərbçilər, kəşfiyyat xidmətlərinin əməkdaşlarından gedir. Yeri gəlmişkən, səfərin məqsədi ədalətli sülhə xidmət edəcək qərarların qəbul edilməsidir”.

O eyni zamanda ölkəsinin müzakirələrdə iştirakı ilə bağlı qərarı türkiyəli həmkarı ilə görüşdən sonra verəcəyini deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR