Bank Of Baku

Zelenski: Rusiyanın Kiyevə zərbələri nəticəsində 17 nəfər ölüb, 44 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1

Zelenski: Rusiyanın Kiyevə zərbələri nəticəsində 17 nəfər ölüb, 44 nəfər yaralanıb - VİDEO  - YENİLƏNİB-1
# 05 avqust 2026 11:42 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə son hücumunda 17 nəfərin öldüyünü, daha 44 nəfərin yaralandığını bildirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti öz “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya qoşunları paytaxt Kiyev şəhərinə və Kiyev vilayətinə 24 ballistik raket, dörd "Zirkon/Oniks" raketi və 115 pilotsuz təyyarə buraxıb ki, onların da böyük hissəsi reaktivdir.

Zelenski qeyd edib ki, hücumun əsas hədəfi mülki infrastruktur obyektləri, o cümlədən özəl müəssisələrin anbarları, tikinti materialları anbarları, logistika obyektləri, infrastruktur və dəmir yolu stansiyası olub.

Ukrayna Prezidenti əlavə edib ki, raketdən müdafiə sistemlərinə dəstək verilməsi insan ölümlərinin qarşısını ala bilər.

Rusiyanın ballistik raket istehsalının əhəmiyyətli bir hissəsinin hələ də sanksiyalar altında olmadığını bildirən Zelenski Böyük yeddiliyi, Avropa İttifaqını yeni addımlar atmağa çağırıb.

***

10:41

Rusiya ordusunun avqustun 5-nə keçən gecə Ukraynanın Kiyev vilayətinə zərbələri nəticəsində 14 nəfər ölüb, 27 nəfər yaralanıb.

UNİAN xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Hücumlar loqistika, ticarət, istehsalat və digər obyektlərə edilib.

Bundan başqa, yaşayış binaları, mülki infrastruktur da zərbələrin hədəfi olub.

***

07.58

Rusiyanın avqustun 5-nə keçən gecə Kiyevə pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirdiyi kütləvi hücum nəticəsində azı bir nəfər həlak olub, 24 nəfər yaralanıb.

APA xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Obolon rayonunda qeyri-yaşayış binasında yanğın baş verib, bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Svyatoşin rayonunda isə mağazalardan birinin anbarında yanğın qeydə alınıb.

Qolosiyev rayonunda iki qeyri-yaşayış binasında baş verən yanğın söndürülüb. Burada dörd nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Həmçinin sənaye müəssisələrindən birində kiçik həcmdə ammonyak sızması baş verib, xilasedicilər sızmanı aradan qaldırıblar və əhali üçün təhlükə olmadığı bildirilib.

Desnyan rayonunda isə iki qeyri-yaşayış binasında yanğın baş verib, hadisə yerlərində xilasedicilərin işi davam edir.

***

03:24

Rusiya ordusu avqustun 5-nə keçən gecə Kiyev vilayətinin müxtəlif bölgələrinə ballistik raketlərlə hücum edib.

APA xəbər verir ki, hücum nəticəsində paytaxtın bir neçə rayonunda yaşayış və anbar binalarında yanğınlar baş verib.

İlkin məlumata görə, azı 3 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Kiyev vilayətinin Buça, Brovarı və Fastov rayonlarında da anbar və istehsalat obyektlərinə ziyan dəyib, mülki şəxslərin yaralandığı bildirilir.

Xilasetmə işləri davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR