Bank Of Baku

Zelenski Rusiyanın Ukraynadakı AES-lərə mümkün hücum təhlükəsi barədə BMT tribunasından xəbərdarlıq edib

Vladimir Zelenski

© APA | Vladimir Zelenski

# 25 sentyabr 2024 19:36 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya digər ölkələrdən Ukraynanın atom elektrik stansiyalarının peyk şəkillərini alır və onlar haqqında məlumat toplayır. Ukrayna lideri BMT-yə Rusiyanın Ukrayna atom elektrik stansiyalarına hücumu təqdirdə, nüvə təhlükəsi barədə xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə Vladimir Zelenski sentyabrın 25-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərkən bildirib.

Ukrayna Prezidenti BMT-də Ukrayna kəşfiyyatının yeni hesabatına istinadən Rusiyanın Ukrayna atom elektrik stansiyalarına zərbələr hazırladığını bildirib.

Vladimir Zelenski bunun Avropada yeni bir nüvə fəlakətinə səbəb ola biləcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR