Bank Of Baku

Zelenski: Trampın nümayəndələrinin Ukraynaya səfəri gözlənilir

Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | Ukrayna Prezidenti Volodimir Zelenski

# 08 may 2026 15:21 (UTC +04:00)

Razılaşmaların təhlükəsizliyi təmin edə biləcək detalları üzərində işləyirik.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun ABŞ-da apardığı danışıqların yekunları ilə bağlı “Telegram”da bildirib.

“Razılaşmaların təhlükəsizliyi təmin edə biləcək detalları üzərində işləyirik. Əsas odur ki, konstruktivlik var və sülhə doğru irəliləmək, Ukraynanı və ABŞ-la ikitərəfli münasibətləri gücləndirmək lazımdır”, – Ukrayna Prezidenti vurğulayıb.

O əlavə edib ki, görüşlərdə humanitar məsələlər, xüsusilə də hərbi əsirlərin mübadiləsinin davam etdirilməsi müzakirə olunub.

Zelenski, həmçinin ABŞ nümayəndə heyətinin Ukraynaya səfərini qrafikini razılaşdırdıqlarını qeyd edib: “Danışıqlar məzmunlu keçib. Lazımi səfərlərin qrafikini razılaşdırırıq və ABŞ Prezidentinin nümayəndələrini yazla yay arasında Kiyevdə gözləyirik. Ümid edirik ki, bu dəfə planları həyata keçirmək və diplomatiyanı aktivləşdirmək mümkün olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR