Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Rusiya ilə Ukrayna arasında danışıqları təşkil etməyi təklif ediblər.
APA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə Ukraynaya neft və neft məhsullarının tədarükü ilə bağlı danışdığını da deyib. Ukrayna lideri bildirib ki, ölkəsində neft, neft məhsullarının qıtlığı var, hər şey çox çətindir.