Bank Of Baku

Zelenski: Ukrayna Aİ-yə daxil olmaq üçün xüsusi şərtlər tələb etmir

Zelenski: Ukrayna Aİ-yə daxil olmaq üçün xüsusi şərtlər tələb etmir
# 04 noyabr 2023 19:12 (UTC +04:00)

Ukrayna Avropa İttifaqına daxil olmaq üçün xüsusi şərtlər tələb etmir.

APA xəbər verir ki, bunu bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə birgə mətbuat konfransında deyib.

Zelenski qeyd edib ki, ölkədə islahatlar davam etdiriləcək və Ukrayna Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirəcəyini vəd edir.

Ukrayna liderinin sözlərinə görə, ölkənin antikorrupsiya sisteminin səmərəli işləməsini təmin edəcək qanunlar Kiyev tərəfindən hazırlanıb, İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu haqqında qanun layihəsi parlamentdə baxılması üçün göndərilib, həmçinin, dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR