Ukrayna prezidenti Volodimir Zelenski indi seçki keçirməyin vaxtı olmadığını deyib və “bu mövzunu cəmiyyətə atmağı dayandırmağı” tələb edib.
APA xəəbər verir ki, bu barədə Zelenski videomüraciəti zamanı deyib.
"Hamımız başa düşürük ki, indi, müharibə şəraitində, çoxlu çətinliklərin olduğu bir vaxtda, seçki mövzusunu nədənsə qeyri-ciddi, oynaq, cəmiyyətə atmaq tamamilə məsuliyyətsizlikdir", - deyə o qeyd edib.
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq Ukraynada Prezident seçkiləri 2024-cü il martın sonunda keçirilməlidir.
Ukrayna konstitusiyasına görə, hərbi vəziyyət zamanı seçkilərin keçirlməsi qadağandır. Zelenski dəfələrlə bəyan edib ki, prezident seçkiləri yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra keçirilə bilər.