Paşha Bank
Bank Of Baku

Zelenski: Ukraynanın FP-9 ballistik raketi bu payız hazır olacaq

Zelenski: Ukraynanın FP-9 ballistik raketi bu payız hazır olacaq
# 04 oktyabr 2026 00:30 (UTC +04:00)

Ukrayna öz istehsalı olan FP-9 ballistik raketinin hazırlanmasını bu payız başa çatdırmağı planlaşdırır.

“Reuters”in məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Bu həftə Ukrayna yerli istehsal olan FP-7 ballistik raketinin ilk dəfə döyüş şəraitində istifadə edildiyini açıqlayıb. Bildirilib ki, raketin uçuş məsafəsi təxminən 250 kilometrdir.

Zelenskinin sözlərinə görə, o, bu yaxınlarda “Fire Point” şirkətinin nümayəndələri ilə danışaraq daha uzaq mənzilli FP-9 modelinin hazırlanmasının mümkün qədər tez başa çatdırılmasını istəyib.

İstehsalçıların bildirdiyinə görə, FP-9 raketinin uçuş məsafəsi Moskvaya çata biləcək.

“Mən onlara dedim: mənim FP-9-um haradadır? Bizə FP-9 lazımdır. Əminəm ki, FP-9 bu payız hazır olacaq”, – Zelenski bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR