Ukrayna Prezidenti Vladimir Zelenski NATO sammitinin keçirildiyi Vilnüsə gedib.
APA xəbər verir ki, bu barədə onun mətbuat katibi Sergey Nikiforov jurnalistlərə açıqlamasında bildirib.
O, Zelenskinin sammitdə iştirak etməyəcəyini qeyd edib.
"Interfax-Ukraine"nin məlumatına görə, müdafiə naziri Oleksey Reznikov da hazırda Vilnüsdədir.
NATO Baş katibi Yens Stoltenberqin məlumatına görə, Zelenski bu gün liderlərin şam yeməyində iştirak edəcək, sabah isə NATO-Ukrayna Şurasının açılışı olacaq.
***
16:51
Ukrayna Prezidenti Vladimir Zelenski NATO sammitində iştirak etmək məqsədilə Vilnüsə bu gün gedəcək.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında bildirib.
“Prezident gələcək. Onu həm bu axşam şam yeməyində, həm də sabah NATO-Ukrayna Şurasının açılışında salamlamağa şadam”, - Stoltenberq deyib.