Zelenski Xarkova gedib

Zelenski Xarkova gedib
# 16 may 2024 13:55 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkova gedib.

APA xəbər verir ki, bu barədə Prezident Zelenski "Telegram" hesabında məlumat verib.

O bildirib ki, Xarkov vilayətində, Volçansk və Liptsı rayonlarında əməliyyat vəziyyəti, vəzifələr və ehtiyaclar müzakirə olunub.

"Həmçinin döyüş vəziyyətinin perspektivləri, yaxın günlərdə və həftələrdə təhlükələr və bizim, Ukraynanın Rusiyanın hücum planlarına qarşı çıxmaq imkanları ətraflı təhlil olunub. Bu gündən Xarkov vilayətində vəziyyət ümumilikdə nəzarət altındadır, əsgərlərimiz işğalçıya xeyli itki verdirir".

Ukrayna dövlət başçısı əlavə edib ki, bu istiqamətdə döyüşlər son dərəcə çətin olaraq qalır və Ukrayna bu istiqamətdə bölmələrini gücləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR