Bank Of Baku

Zelenski Xersonun hərbi administrasiyasına yeni rəhbər təyin edib

Zelenski Xersonun hərbi administrasiyasına yeni rəhbər təyin edib
# 02 mart 2023 21:37 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski hərbi prokuror Roman Mroçkonu Ukraynanın nəzarətində olan Xerson şəhərinin hərbi administrasiyasının yeni rəhbəri təyin edib.

APA xəbər verir ki, bu barədə Zelenski müvafiq fərman imzalayıb.

Ukrayna Prezidentinin başqa bir sərəncamı ilə Qalina Luqovu həmin vəzifədən azad edilib.

Luqovaya hərbi idarə rəisi vəzifəsinə təyin olunana qədər şəhər sovetinin katibi olub.

Ukrayna mətbuatının yazdığına görə, bundan əvvəl Roman Mroçko Ukraynanın cənub bölgəsinin hərbi prokurorunun müavini olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR