Bank Of Baku

Zelenskinin ofisi: Aİ siyasətçilərinin bəyanatı Rusiyanı qırğını davam etdirməyə təşviq edir

Zelenskinin ofisi: Aİ siyasətçilərinin bəyanatı Rusiyanı qırğını davam etdirməyə təşviq edir
# 19 mart 2022 13:44 (UTC +04:00)

"Almaniyanın müdafiə naziri Lambrext açıq şəkildə deyib ki, NATO münaqişəyə müdaxilə etməyəcək və Ukraynada səmanı bağlamayacaq”.

APA-nın xəbərinə görə, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak "Twitter"də paylaşıb.

“Aİ siyasətçilərinin hər bir belə bəyanatı Rusiyanı Ukraynada qırğını davam etdirməyə təşviq edir. Əgər müharibəni tanımırsınızsa və Putindən qorxursunuzsa, heç olmasa təxribat xarakterli bəyanatlar verməyin", - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR