Bank Of Baku

Zelenskinin Ofisi: İstənilən “sülh planı” Ukrayna ərazisinin işğal altında qalmasına gətirib çıxarır

Mixail Podolyak

© APA | Mixail Podolyak

# 24 fevral 2023 18:04 (UTC +04:00)

Yalnız atəşkəsi nəzərdə tutan istənilən “sülh planı” nəticə etibarı ilə yeni delimitasiya xəttinin yaranmasına gətirib çıxarır.

APA xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak “Twitter”də bildirib.

“Yalnız atəşkəsi nəzərdə tutan istənilən “sülh planı” nəticə etibarı ilə yeni delimitasiya xəttinin yaranmasın, həmçinin Ukrayna ərazisinin işğal altında qalmasına gətirib çıxarır. Buna görə də “sülh planı” əsl sülh demək deyil, əslində müharibənin dondurulması, Ukraynanın məğlubiyyəti, rusların törətdiyi soyqırımının növbəti mərhələləri deməkdir”, - Podolyak qeyd edib.

O, qeyd edib ki, Ukraynanın mövqeyi məlumdur - Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə qayıtması.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR