Bank Of Baku

Zelenskinin ofisi: Rusiyanın ərazi iddiaları qəbuledilməzdir

Ukrayna Prezidentinin ofisinin rəhbərinin müavini İqor Jovkva

© APA | Ukrayna Prezidentinin ofisinin rəhbərinin müavini İqor Jovkva

# 15 mart 2022 02:41 (UTC +04:00)

Ukrayna Prezidentinin ofisinin rəhbərinin müavini İqor Jovkva iddia edir ki, ölkəsi Rusiya ilə danışıqlarda gələcək çün təhlükəsizliyə təminat əldə edir.

APA xəbər verir ki bu barədə o, Almaniyanın ARD telekanalının efirində bildirib.

“Biz bu vəziyyətin daha heç vaxt təkrarlanmasını istəmirik”, - deyə Jovkva bildirib.

Onun sözlərinə görə, Moskva ilə danışıqlar zamanı hərbi əməliyyatların dayandırılmasından sonra Ukrayna üçün mümkün sülh razılaşması, təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikirlər səsləndirilib.

İqor Jovkva bildirib ki, danışıqlar zamanı Rusiyanın ərazi iddiaları qəbuledilməzdir.

O, hesab edir ki, digər maddələrlə bağlı müzakirələr aparmaq olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR