Bank Of Baku

Zelenskinin Ofisi Saakaşviliyə görə Gürcüstan hökumətinə çağırış edib

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak

© APA | Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak

# 03 iyul 2023 18:47 (UTC +04:00)

Ukrayna Prezident Ofisi Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə çağırış edib.

APA xəbər verir ki, bununla bağlı Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak "Twitter"də paylaşım edib.

"Mixeil Saakaşvilini qanunsuz həbsdən azad edin! Saakaşvili həqiqət, ədalət və demokratiya uğrunda mübarizənin simvoludur. Onun tutulması və dəmir barmaqlıqlar arxasında saxlanması insan haqlarının pozulmasıdır", - Yermak paylaşımında bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR