Bank Of Baku

Zelenskinin Ofisinin rəhbəri Armen Qriqoryanla görüşüb

Armen Qriqoryan və Andrey Yermak

© APA | Armen Qriqoryan və Andrey Yermak

# 30 oktyabr 2023 15:25 (UTC +04:00)

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

APA xəbər verir ki, bu barədə Andriy Yermak "X" hesabında bildirib.

Görüş oktyabrın 28-də Maltada baş tutub.

Ermənistan mətbuatı bildirir ki, görüşdə ikitərəfli əlaqələr və enerji sektorunda əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tərəflər Ermənistan və Ukrayna arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib. Bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin oktyabrın 5-də Qranadada keçirilən Avropa Siyasi Cəmiyyətinin Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ilk görüşünün əhəmiyyəti qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR