Rusiya vətəndaşlarının Gürcüstana daxil olması problemdir, lakin təhdid təşkil etmir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Kişinyovda Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında deyib.
“Rusiya vətəndaşlarının Gürcüstana daxil olmasına gəldikdə isə, bu həqiqətən də problemdir. Mən bunun təhdid olduğunu deməzdim, amma bu problemdir. Onlar arasında Rusiyadakı vəziyyətə görə qayıdan Gürcüstanın keçmiş vətəndaşları da var. Həmçinin müxtəlif səbəblərdən Gürcüstana gələn Rusiya vətəndaşları da var. Burada əsas məsələ heç bir təhlükənin yaranmaması məqsədilə bütün nəzarət mexanizmlərindən istifadə edilməsinə dair ictimaiyyətin əmin edilməsidir”, - Zurabişvili qeyd edib.
Gürcüstan Prezidenti ölkəsinin Rusiya ilə viza siyasətinin kifayət qədər liberal olduğunu bildirib və indiki şəraitdə yenidən nəzərdən keçirilə biləcəyini istisna etməyib.
“İndiki şəraitdə kifayət qədər liberal olan və bu təcavüz şəraitində daha az məqbul hesab edilə bilən viza rejiminə yenidən baxmalı olacağımız istisna edilmir. Lakin bütün bunlara ictimaiyyəti də məlumatlandırmaqla hökumət qərar verilməlidir. Bu, yəqin ki, ən vacib məsələdir”, - Zurabişvili bildirib.
***
13:27
Rusiya ilə vizasız rejimin tətbiq olunması Gürcüstan tərəfindən istisna edilmir.
APA TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Moldova Prezidenti Maya Sandu ilə birgə Moldovanın paytaxtı Kişinyovda keçirilmiş mətbuat konfransı zamanı deyib.
O həmçinin, əlavə edib ki, bu barədə son qərarı hökumət verməlidir.
Prezident çıxış zamanı onu da vurğulayıb ki, Rusiyadan Gürcüstana böyük insan axınına baxmayaraq, iki ölkə arasında vizasız rejimin tətbiqi məsələsinə baxıla bilər.