Bank Of Baku

Zurabişvili Zelenskini Ukrayna səfirini Gürcüstana geri qaytarmağa çağırıb

Salome Zurabişvili

© APA | Salome Zurabişvili

# 14 mart 2022 12:58 (UTC +04:00)

Gürcüstan Prezidenti Salome Zurabişvili ukraynalı həmkarı Vladimir Zelenskini Ukrayna səfirini Gürcüstana geri qaytarmağa çağırıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Zurabişvili parlamentdə illik hesabatı ilə çıxış edərkən deyib.

O bildirib ki, səfirin geri qayıtması indiki çətin dövrdə iki xalq arasında əlaqələr baxımından vacibdir.

Qeyd edək ki, Ukrayna rəsmi Tbilisinin Ukraynaya döyüşmək üçün getmək istəyən gürcü könüllülərə mane olunmasını əsas gətirərək Gürcüstandakı səfirini martın 1-də geri çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR