Sosial şəbəkələrdə İŞİD-i təbliğ edən azərbaycanlının məhkəməsi başlayıb

Sosial şəbəkələrdə İŞİD-i təbliğ edən azərbaycanlının məhkəməsi başlayıb
# 14 may 2018 09:22 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD və digər terror qruplaşmalarının tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 24-nə təyin edilib.

Qeyd edək ki, E. Məmmədov İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşüb, "Abu Cihad” ləqəbi ilə tanınıb.

Həmçinin məlum olub ki, Eldəniz Məmmədov İnstagram-da İŞİD-çilər arasında populyar olan səhifəni idarə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR