Qız üstündə iki nəfəri bıçaqlayan şəxsə hökm oxunub

Qız üstündə iki nəfəri bıçaqlayan şəxsə hökm oxunub
# 18 mart 2020 12:06 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirli bilinən, 2004-cü il təvəllüdlü Nurlan Abdullazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Nurlan Abdullazadə barəsində şərti cəza təyin edilib.

Qeyd edək ki, hadisə 2019-cu ilin mart ayında Nəsimi rayonunda "Qış Parkı" kimi tanınan ərazidə baş verib. 2004-cü təvəllüdlü N.Abdullazdə kütləvi davada 19 yaşlı Eyvazov Muradəli Sidqəli oğlu və 22 yaşlı Nəsirov Sübhan Sarıbala oğlunu bıçaqlayıb. İttihama görə, dava qız üstündə yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR