Kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlər qayda pozuntularına görə 200 manata qədər cərimələnəcək

Kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlər qayda pozuntularına görə 200 manata qədər cərimələnəcək
# 28 iyun 2024 12:04 (UTC +04:00)

Kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 338.4-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər yol hərəkəti qaydalarının pozulmasına qırx manat məbləğində cərimə ediləcək.

Xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə yüz əlli manat məbləğində cərimə tətbiq ediləcək.

Nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə cərimənin məbləği isə iki yüz manatdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR