Ölkə ərazisində icazəsiz yaşayan 25 əcnəbi saxlanılıb - VİDEO

Ölkə ərazisində icazəsiz yaşayan 25 əcnəbi saxlanılıb - VİDEO
# 28 iyun 2024 13:33 (UTC +04:00)

Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

APA DİN-ə istinadən xəbər verir ki nəticədə müxtəlif ölkələrin vətəndaşı olan daha 25 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Qeyd edilib ki, DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 127 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR