Afrika qitəsində koronavirusa yoluxanların sayı 150 mini ötüb

Afrika qitəsində koronavirusa yoluxanların sayı 150 mini ötüb
  • Clock-gray 17:11
  • calendar-gray 02 İyun 2020

Afrika qitəsində yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 150 mini keçib.

APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, bu barədə Afrika qitəsi üzrə Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, indiyədək qitənin 54 ölkəsində ümumilikdə 152 442 nəfər koronavirusa yoluxub, bunlardan 63 661 nəfər sağalıb, 4344 nəfər vəfat edib.  

Qeyd olunub ki, infeksiyaya yoluxma və ölüm halları daha çox Afrikanın şimalında qeyd alınıb.

Zümrüd Paşkin

Digər xəbərlər