Afrikada koronavirusa yoluxanların sayı 4 milyonu keçib

Afrikada koronavirusa yoluxanların sayı 4 milyonu keçib
  • Clock-gray 03:16
  • calendar-gray 16 Mart 2021

Afrikada koronavirusa yoluxanların sayı son dörd gündə 38 750 nəfər artaraq 4 030 794 nəfərə yüksəlib.

APA xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) yenilənmiş hesabatında bildirilib.

Qeyd edilib ki, son dövrdə materikdə koronavirusa yoluxanlar arasında ölüm sayı 1010 nəfər artaraq 107625-ə çatıb. 3,6 milyondan çox insan sağalıb.

Ölənlərin əksəriyyəti Cənubi Afrika Respublikasında qeydə alınıb (1 529 420 yoluxma, 51 326 ölüm). Sonrakı yerlərdə isə Misir (11 256 yoluxma, 190 280 ölüm), Həbəşistan (175 467 yoluxma, 2 550 ölüm), Nigeriya (160 567 yoluxma, 2 013 ölüm) və Keniya (113 236 yoluxma, 1 913ölüm) gəlir.

apa-logo-mini

Digər xəbərlər