Misirdə ilk koronavirusa yoluxma hadisəsi təsdiqini tapmayıb

Misirdə ilk koronavirusa yoluxma hadisəsi təsdiqini tapmayıb
  • Clock-gray 07:18
  • calendar-gray 20 Fevral 2020

 

Misir Səhiyyə Nazirliyinin nümayəndəsi Xalid Muqaxed ölkəsində, eləcə də ümumilikdə Afrikada keçən həftə elan edilən ilk koronavirusa yoluxma hadisəsinin təsdiqlənmədiyini söyləyib.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə “Əl-Əhram” nəşri məlumat dərc edib. 

Bildirilib ki, koronavirus aşkar edilən xarici vətəndaşın testlərinin nəticələri mənfi olub.

Xəstəxanaya gələn əcnəbidən üç gündə altı dəfə təkrar test nümunələri götürülüb.

Xatırladq ki, Misir Səhiyyə Nazirliyi fevralın 14-də Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə yaydığı məlumatda ölkədə ilk koronavirusa yoluxma hadisəsinin qeydə alındığı vurğulanmışdı. 

Misirin Səhiyyə naziri Hala Zayed xəstəliyin simptomlarını açıqlamasa da, xarici vətəndaşın infeksiyanın daşıyıcısı olduğunu söyləmişdi.

 

Rəşad Sarıyev

Digər xəbərlər