Nigeriyada avtobus qəzaya uğrayıb, 23 nəfər ölüb

Nigeriyada avtobus qəzaya uğrayıb, 23 nəfər ölüb
# 10 mart 2020 12:38 (UTC +04:00)

Nigeriyanın Jiqava vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xarici KİV-ə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusunun binaya çırpılması nəticəsində 23 nəfər ölüb, onlarla insan xəsarət alıb. Ölənlərin sayının artması istisna edilmir.

Bildirilib ki, təkəri partlayan avtobus idarəetmədən çıxaraq, binaya çırpılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR