ÜST Afrika qitəsində koronavirusla bağlı son rəqəmləri açıqlayıb

ÜST Afrika qitəsində koronavirusla bağlı son rəqəmləri açıqlayıb
  • Clock-gray 14:47
  • calendar-gray 23 Aprel 2020

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsində COVID-19 virusunun yayılması ilə bağlı son rəqəmləri açıqlayıb.

APA-nın ÜST-ə istinadən verdiyi xəbərə görə, bu günə kimi Afrika qitəsində yerləşən ölkələrdə ümumilikdə 24137 yoluxma faktı qeydə alınıb. Virusa yoluxanlardan 1171 nəfər vəfat edib, 6250 nəfər sağalıb.
Qeyd edək ki, aprelin 22-də keçirilən mətbuat konfransında ÜST-ün Baş direktoru bildirib ki, koronavirus pandemiyasının yayılması Afrika qitəsində hələ ilkin mərhələdədir.

Zümrüd Paşkin

Digər xəbərlər