Həftarın ordusu Tripoli aeroportunda PUA-nın məhv edilməsi barədə məlumat yayıb

Həftarın ordusu Tripoli aeroportunda PUA-nın məhv edilməsi barədə məlumat yayıb
# 06 iyun 2019 06:25 (UTC +04:00)

Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) aviasiya qüvvələri paytaxt Tripolidə Mitiq beynlxalq aeroportu yaxınlığında pilotsuz uçan aparatı (PUA) məhv edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti” LMO-nun baş qərargahının mətbuat xidmətinin direktoru Xəlifə əl-Ubeydiyə istinadən məlumat yayıb.

“Mitiq aeroportunda Liviya aviasiyasına aid PUA çoxsaylı zərbələr endirib. Biz onu izləyirdik və bu gün bildirdik ki, o bizim Tripoli ətrafındakı qüvvələrimizə zərbələr endirib, ancaq itkilər olmayıb. Müşahidələrdən sonra onun ardınca bizim hərbi təyyarələrimiz göndərilib və Mitiq aeroportundakı aviabazaya enən zaman məhv edilib”, - əl-Ubeydi belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR