Kanadada yağan güclü qara görə fövqəladə vəziyyət rejimi tətbiq ediləcək

Kanadada yağan güclü qara görə fövqəladə vəziyyət rejimi tətbiq ediləcək
  • Clock-gray 08:16
  • calendar-gray 13 Oktyabr 2019

Kanadanın mərkəzində Manitoba əyalətinin rəhbərliyi güclü qar yağması səbəbilə təcili rejim tətbiq edəcək. 

APA yerli CBC kanalına istinadla xəbər verir ki, bunu əyalətin Baş naziri Brian Pallister açıqlayıb. 

O, “Manitoba Hydro” elektrik şirkətinə rəsmi olaraq əlavə səlahiyyətlər verilməsini tapşırdığını deyib: “Danışıqlar zamanı şirkət rəhbərliyi elektrik enerjisinin verilməsini bərpa etmək üçün fövqəladə vəziyyətin elan edilməsini istədi”. 

Baş nazir şirkətin istəyini təmin edəcəyini bildirib. 

Qeyd edək ki, pis hava şəraiti nəticəsində vilayətdə 50 minə yaxın abunəçi elektriksiz qalıb. Bundan əlavə, çaylarda suyun səviyyəsində artım müşahidə edilir.
 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date