Mali ordusu İŞİD terroçularına hücum edib

Mali ordusu İŞİD terroçularına hücum edib
  • Clock-gray 05:24
  • calendar-gray 12 Noyabr 2019

Mali hökumət qüvvələri ölkənin mərkəzi ərazilərində məskunlaşan ekstremist terror qruplaşmalarına qarşı genişmiqyaslı hücum həyata keçirib. 

APA "France Presse"ə istinadla xəbər verir ki, bu barədə bazar ertəsi yerli hökumətin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, ölkənin mərkəzində bir sıra yaşayış məntəqələrində məskunlaşmış terrorçu qruplara hava zərbələri endirilib. 

Öldürülən terrorçularını sayı açıqlanmayıb. Terror qrupa məxsus ələ keçirilmiş nəqliyyat vasitələri, motosikllər və digər texnikalar yandırılıb. 

Hökumət qüvvələri yaraqlıların düşərgəsində müxtəlif millətlərə məxsus hərbi geyimlər və şəxsiyyət vəsiqələrinin tapıldığını deyib. 

Qeyd edək ki, Mali ordusunun hücum əməliyyatı terror qruplaşmaların ötən günlərdə ölkədə törətdikləri bir sıra dağıdıcı fəaliyyətdən sonra reallaşıb. Noyabrın 1-də İndimanan, Antisongo bölgəsində yaraqlıların hücumu nəticəsində ən azı 49 əsgər həlak olmuşdu. Hücumun məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.
 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date