Qusarda motosiklet yük maşını ilə toqquşub, ölən var

Qusarda motosiklet yük maşını ilə toqquşub, ölən var
# 21 iyun 2019 13:20 (UTC +04:00)

Bu gün Qusar rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Həzrə yolunun 2-ci km-də qeydə alınıb. Qusar rayonu, Köhnə Xudat kənd sakini, 57 yaşlı Əlağa Məlikəhməd oğlu Ağakişiyevin idarə etdiyi motosikletlə Kürdəmir rayon sakini, 34 yaşlı Vasif Osmanovun idarə etdiyi yük avtomobili toqquşub. Nəticədə motosikletin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR