ABŞ Venesuelanın ən böyük aviaşirkətinə sanksiya tətbiq edib

ABŞ Venesuelanın ən böyük aviaşirkətinə sanksiya tətbiq edib
# 08 fevral 2020 07:28 (UTC +04:00)

ABŞ Venesuelanın “Conviasa” Hava Yollarına məxsus 40 təyyarəni qara siyahıya əlavə edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Maliyyə naziri Stiven Mnuç açıqlamasında bildirib ki, qanunsuz rejimə rəhbərlik edən Maduro Venesuelanın “Conviasa” hava yollarının xidmətindən istifadə edərək dünyadakı korrupsioner rejim məmurları üçün uçuşlar təşkil edirdi.

O, əlavə edib ki, sanksiyaların tətbiqi Venesuela vətəndaşlarının hərəkətinə maneə yaratmayacaq, çünki onlar sanksiyaya məruz qalmayan digər daşıyıcı xidmətlərdən istifadə edə bilərlər: “Conviasa”a eləcə də təyyarələrinin fəaliyyətini məhdudlaşdırmaqda məqsəd Maduro rejiminin bu aviaşirkətdən sui-istifadəsinin qarşısını almaqdır”.

ABŞ-ın Dövlət katibi Maykl Pompeo da beynəlxalq birliyi Maduroya qarşı təzyiqləri artırmağa və onu və ətrafındakı korrupsiyalı mühiti təcrid etməyə çağırıb.

Dövlət Departamentinin məlumatında bildirilib ki, yeni sanksiya “Conviasa” təyyarələrini icarəyə götürmək, almaq, onları yanacaqla təmin etmək, ümumiyyətlə, aviaşirkətlə hər hansı bir müqavilə bağlamağı qadağan edir.

Qeyd edək ki, “Conviasa” Venesuelanın ən böyük aviasiya şirkətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR