Ağ Ev vəkilləri impiçmenti ABŞ Konstitusiyasına və demokratik təsisatlara təhqir adlandırıb

Ağ Ev vəkilləri impiçmenti ABŞ Konstitusiyasına və demokratik təsisatlara təhqir adlandırıb
  • Clock-gray 07:20
  • calendar-gray 21 Yanvar 2020

 

ABŞ Prezidenti Donald Trampın vəkillər qrupu Senata impiçment prosesinə qarşı iddiaları özündə əks etdirən 171 səhifəlik memorandum göndərib. 

APA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb. 

Ağ Ev vəkilləri Demokratlar tərəfindən hazırlanan impiçment maddələrini ABŞ Konstitusiyasına və demokratik təsisatlara təhqir adlandırıblar: “Səbəsiz məqalələr və buna səbəb olan uydurma proses - Nümayəndələr Palatasının Demokratlarının təkəbbürlü siyasi hərəkəti rədd edilməlidir”. 

Trampın vəkilləri müvafiq sənəddə impiçment prosedurlarının dərhal rədd edilməsini tələb ediblər: “Bütün bunlar Senat tərəfindən dərhal və qətiyyətlə pislənməlidir. Bu, ABŞ konstitusiyanın təhlükəli şəkildə pozulmasıdır”.

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date