Braziliyada bir gündə 51 min insanda COVID-19 aşkarlanıb

Braziliyada bir gündə 51 min insanda COVID-19 aşkarlanıb
# 09 dekabr 2020 08:03 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 51 088 nəfərin koronavirus infeksiyasına yoluxması, 842 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 6 674 999 nəfər yoluxub. Bu müddət ərzində 178 159 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 854 709 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR