Braziliyada bir sutkada 53 mindən çox insanda koronavirus aşkarlanıb

Braziliyada bir sutkada 53 mindən çox insanda koronavirus aşkarlanıb
# 07 avqust 2020 08:26 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 53 139 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 2 912 212 nəfər yoluxub. Bu müddət ərzində 98 493 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1237 nəfər olub.

Həmçinin bu günədək 2 230 542 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR