"Hanna" qasırğası Meksikada iki nəfərin ölümünə səbəb olub

"Hanna" qasırğası Meksikada iki nəfərin ölümünə səbəb olub
# 28 iyul 2020 01:48 (UTC +04:00)

Meksikanın Nuevo-Leon ştatında “Hanna” qasırğası səbəbindən 700-dən çox adam ABŞ-la sərhəd bölgələrə təxliyə olunub.

APA xəbər verir ki, bu barədə ştatın qubernatoru Xayme Rodriqes açıqlama verib.

“Hal-hazərda ştatın mülki müdafiə xidməti ümumilikdə 709 nəfərin təxliyə olunduğunu və təhlükəsiz ərazilərə yerləşdiyini bildirir”, - deyə o, “Twitter”də yazıb.

“Milenio” telekanalının verdiyi məlumata görə, Nuevo-Leonla yanaşı, daha iki ştat – Tamaulipas və Koauilada elektrik enerjisi kəsilib.

Reynosa şəhərində (Tamaulipas ştatı) iki nəfər ölüb. Belə ki, yerli sakin olan bir kişi vaxtında evdən çıxa bilməyib və boğulub, digər bir azyaşlı elektrik cərəyanından ölüb.

Sinoptiklər qasırğanın tədricən zəifləyəcəyini bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR