Pompeo Fransanın general Süleymaninin ölümü ilə bağlı bəyanatına cavab verib

Pompeo Fransanın general Süleymaninin ölümü ilə bağlı bəyanatına cavab verib
  • Clock-gray 21:19
  • calendar-gray 03 Yanvar 2020

ABŞ Dövlət katibi Mayk Pompeo Fransanın Qasım Süleymaninin öldürülməsi ilə bağlı bəyanatına münasibət bildirib.

APA-nın "CNN"-ə istinadən verdiyi xəbərə görə, Mayk Pompeo bu məsələdə fransızların yanıldığını deyib. 

"Fransızlar bu barədə səhv düşünürlər. Bu gün dünya daha təhlükəsiz bir yerdir və sizi əmin edə bilərəm ki, Qasım Süleymaninin  ölümündən sonra bölgədəki amerikalılar daha təhlükəsizlikdədirlər. Biz gözləyirik ki, yalnız İraqda deyil, İranda da insanlar Amerikanın ötən gecə atdığı addıma onlara verilən azadlıq kimi baxacaq. Müvəffəqiyyət, rifah və çiçəklənmə üçün bir azadlıq fürsəti, təbii ki, siyasi rəhbərlik bunu istəməyə bilər, lakin bu xalqlar onu tələb edəcək", - deyə Pompeo qeyd edib.

İranda ABŞ əleyhinə keçirilən aksiyalara toxunan ABŞ Dövlət katibi bildirib ki, bu, İran hakimiyyəti tərəfindən edilir: "Onlar minlərlə insanı həbs edib, yüzlərlə insanı öldürüb. Bu əməlləri davam etdirməyə çalışsalar, bu məni təəccübləndirməyəcək. Lakin bunu bilin: İran xalqı başa düşür ki, Amerika  regionda yaxşılıq üçün çalışan bir gücdür və mən inanıram ki, bizim İrandakı insanlara göstərdiyimiz dəstək və İraq xalqına bundan sonra verəcəyimiz dəstək Amerikanın maraqlarını qorumağa xidmət edəcək və həmçinin bu insanların həyatlarını daha da yaxşılaşdıracaq". 

Qeyd edək ki, Fransa hökuməti Q.Süleymaninin öldürülməsinin dünyanı daha az təhlükəsiz bir yerə çevirəcəyi və regionda təhlükəli gərginliyə səbəb olacağı barədə açıqlama yayıb.

Zümrüd Paşkin

Digər xəbərlər