Pompeo və Zelenski arasında telefon danışığı olub

Pompeo və Zelenski arasında telefon danışığı olub
  • Clock-gray 12:50
  • calendar-gray 07 Yanvar 2020

ABŞ dövlət katibi Mayk Pompeo və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

APA-nın Ukrayna Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tərəflər Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər.

Onlar istənilən növbəti təcavüzkar addımın regional sabitliyə və qlobal təhlükəsizliyə təhdid yarada biləcəyi barədə razılığa gəliblər.

Ukrayna Prezidenti ABŞ qoşunlarının İraqı tərk edəcəyi təqdirdə, vəziyyətin pisləşəcəyindən narahat olduğunu deyib.

V. Zelenski Parisdə keçirilən "Normandiya formatı"nda görüşün nəticələri və hökumətin Ukraynanın şərqində sülhün bərpası planları barədə ABŞ dövlət katibini məlumatlandırıb.

M. Pompeo isə öz növbəsində Ukrayna hökuməti və tanınmamış "Donetsk və Luqansk Xalq Respublikaları" arasında əsir və girovların mübadiləsinə, habelə Rusiya qazının Ukrayna ərazisi vasitəsilə Avropaya çatdırılması istiqamətində müqavilənin razılaşdırılmasına müsbət yanaşdığını ifadə edib.

Tərəflər həmçinin ABŞ dövlət katibinin Ukraynaya səfərinin təxirə salınması barədə də danışıblar.

Qeyd edək ki, M. Pompeonun yanvarın 3-dən 7-dək Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və Kiprə səfəri gözlənilirdi, lakin Pompeo son hadisələrlə əlaqədar olaraq səfərini təxirə salıb.

Zümrüd Paşkin

Digər xəbərlər